Ermənistanın raket komplekslərinin məhv edilməsinə adekvat cavab veriləcək – Artsrun Ovannisyanbackend

Ermənistanın raket komplekslərinin məhv edilməsinə adekvat cavab veriləcək – Artsrun Ovannisyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan silahlı qüvvələri intensiv artilleriya atəşi altında minimal bronitexnika istifadə edərək içərilərə girmək istəyib.”

NOCOMMENT.az Tass.ru-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə nazirinin sözçüsü Artsrun Ovannisyan brifinqdə bildirib.

“Bu gün səhər tezdən Azərbaycan ordusu şimal və cənub istiqamətlərində genişmiqyaslı hücum əməliyyatlarına başlayıb. Düşmən intensiv artilleriya atəşi altında minimal bronitexnika istifadə edərək içərilərə girmək istəyib. Axşama döyüşlərin intensivliyi azalmağa başladı, lakin hazırda davam etməkdədir.

Bu gün Ermənistan ərazisində döyüş növbətçiliyi çəkən raket komplekslərimizə zərbələr endirilib. Xüsusən qeyd etmək istəyirəm ki, bu, Ermənistana Azərbaycan ərazisində yerləşən anoloji hərbi təyinatlı obyektlərə cavab zərbələri üçün legitim əsas verir”, – deyə mətbuat katibi qeyd edib.