Ermənistanın təxribatı nəticəsində Azərbaycan hərbçisi yaralanıbbackend

Ermənistanın təxribatı nəticəsində Azərbaycan hərbçisi yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.

Müdafiə Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.

Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır.