Ermənistanın xarici işlər naziri Lavrovla görüşə yollanıbbackend

Ermənistanın xarici işlər naziri Lavrovla görüşə yollanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan avqustun 30-da Rusiyaya işgüzar səfər edib. O, avqustun 31-dək Moskvada qalacaq.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, erməni nazirin rusiyalı həmkarı Sergey Lavrovla görüşü, daha sonra mətbuat konfransı keçirməsi planlaşdırılır.

Ararat Mirzoyan Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas ilə də görüşəcək.

Daha əvvəl bildirilmişdi ki, görüş zamanı Mirzoyan və Lavrov Rusiya-Ermənistan ittifaqının bütün sahələrdə inkişaf etdirilməsi, ümumi inteqrasiya birliklərində (MDB, KTMT, Avrasiya İttifaqı) əməkdaşlığın qurulması, habelə BMT-dəki mövqelərin əlaqələndirilməsi istiqamətində atılacaq addımları ətraflı müzakirə edəcəklər.

Qeyd edək ki, bu, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın yeni vəzifəyə təyin olunmasından sonra ilk xarici səfəridir.