Ermənistanın xəritə oyunu: Qarabağa qayıdışı ləngitməyə çalışırlarbackend

Ermənistanın xəritə oyunu: Qarabağa qayıdışı ləngitməyə çalışırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibə bitdikdən sonra azad olunmuş ərazilərimizdə mülki və hərbi şəxslərin minaya düşməsi Azərbaycanı ciddi narahat edir.

NOCOMMENT trend-ə istinadən bildirir ki, Ermənistan isə minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir və əsas kimi də bu xəritələrin olmadığını deyir. Əlbətdəki bu Ermənistan tərəfinin növbəti yalanıdır.

Məqsəd isə bəllidir: 1) Mümkün qədər çoxlu sayda insanın həlak olmasına nail olmaq. 2) Bu ərazilərə azərbaycanlıların qayıdışını maksimum uzatmaq.

Hərbi ekspert Şair Ramaldanov bildirib ki, minalar Qarabağ ərazisinə xəritə əsasında basdırılıb, Ermənistanın bu xəritələri verməməsi isə minatəmizləmə prosesini uzada bilər: “Ərazi balaca deyil. Mina sahələri həddindən artıq çoxdur. Çətinlik törədən də odur ki, qarşı tərəf mina sahələrini döşəyəndə onların xəritələri olub. Həmin xəritələr bizdə olsa, bu proses daha da sürətlənərdi. İndi isə Azərbaycan dövləti əlində olan imkanlardan istifadə edərək mina sahələrini təmizləyir. Bununla əlaqədar təhlükəsizlik tədbirləri də görülür. Türkiyədən də bununla bağlı Azərbaycana heyət gəlib və onlar da mina təmizləmə prosesinə qoşulub. Dövlət tərəfindən beynəlxalq qurumlara müraciətlər olunub. Dövlət bütün tədbirləri görüb”.

Minatəmizləmə Agentliyindən bildirilir ki, işğaldan azad edilmiş ərazilər minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərdir və təhlükəsizlik səbəbindən həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qadağandır.

Xarici ekspertlər də bildirir ki, minalanmış ərazilərin xəritəsini Ermənistan Azərbaycana verməlidir, əks halda bu hərbi cinayət hesab olunur.

Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko isə qeyd edir ki, işğaldan azad olunan ərazilərdə yüzlərlə kvadrat kilometr minalanmış ərazi var: “Xəritə olmadan 30 il bundan öncə doğma yurdlarından məcburi köçkün düşmüş dinc azərbaycanlıların qayıdışının təhlükəsizliyini təmin etmək çətindir. Təəssüflər olsun ki, biz bu məsələdə Ermənistan tərəfinin xoşməramlı iradəsini görmürük. Ermənistan minalanmış ərazilərin xəritəsini vermək istəmir. Hər zaman olduğu kimi qeyri-konstruktivlik nümayiş etdirir”.