Ermənistanın yeni parlamentinin ilk iclası başlayıbbackend

Ermənistanın yeni parlamentinin ilk iclası başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda parlamentin 8-ci çağırışının ilk iclası başlayıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu parlament 71-i Vətəndaş Müqaviləsi Partiyasının, 29-u “Ermənistan” blokunun, 7-si isə “Şərəf duyuram” blokunun üzvlərindən ibarətdir. Yeni parlamentin 107 üzvü var. Bundan əvvəlki parlamentin 132 üzvü olub.

Deputatlar parlament sədri, iki sədr müavini seçəcək. Sədr postuna Vətəndaş Müqaviləsi Partiyasından Alen Simonyanın namizədliyi irəli sürülüb. O, ötən parlamentdə sədrin müavini olub. Müavinliyə namizdələrdən biri, Akop Arşakyan da hakim partiya tərəfindən irəli sürülüb. O, bundan əvvəl yüksək texnologiyalar naziri olub. Qanunverici orqanın sədr müavinliyinə ikinci namizəd Ruben Rubenyan isə xarici əlaqələr üzrə parlamentin daimi komissiyasının üzv olub.

Müxalifət fraksiyaları da parlamentin sədr müavini vəzifəsinə bir namizəd irəli sürəcək.

Parlamentin gündəliyində daimi komissiyaların və sədrlərin seçilməsi məsələsi də var. Bundan başqa ilk iclasın gündəliyində hökumətin strukturuna dəyişikliklər bağlı qanun layihəsinin müzakirəsi, dövlət proqramının təsdiqlənməsi məsələləri də daxil edilib.

Qeyd edək ki, iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası qalib gəlib. Keçmiş prezident Robert Koçaryanın “Ermənistan” və sabiq dövlət başçısı Serj Sarqsyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın “Şərəf duyuram” blokları da parlamentə düşüb.