Ermənistanın yeni prezidenti: Sələflərimin qərarına hörmətlə yanaşırambackend

Ermənistanın yeni prezidenti: Sələflərimin qərarına hörmətlə yanaşıram

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Keçmiş prezidentlərin inauqurasiyasında iştirak etməmələri qərarına hörmətlə yanaşıram”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu Ermənistanın yeni seçilmiş prezidenti Vaaqn Xaçatryan bildirib.

O deyib: “Əsas odur ki, biz dəvət etmişik, hər şey açıq-aydındır və dəvət olunanların siyahısı çox böyükdür. İndi hər kəs öz iştirakı barəsində özü qərar verir, heç bir məcburiyyət ola bilməz. Mən bu insanların seçiminə hörmət edirəm”.

“Hazırkı hakimiyyət onları “quldur” və “korrupsioner” adlandırır. Axı onlar niyə gəlsin ki?”, – sualına isə prezident belə cavab verib: “Dövlət protokolu var. Şəxsi yanaşmaları və qiymətləndirmələri bir kənara qoymalıyıq. Biz bunu rəhbər tuturuq”.