Ermənistanla əlaqələrimizi gücləndirməyə davam edirik – Fransanın müdafiə naziribackend

Ermənistanla əlaqələrimizi gücləndirməyə davam edirik – Fransanın müdafiə naziri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanla müdafiə sahəsində əlaqələrimizi gücləndirməyə davam edirik”.

NOCOMMENT.az xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastien Lekornu “X” hesabında bildirib.

O qeyd edib ki, “Eurosatory” müdafiə və təhlükəsizlik sahəsi ilə bağlı beynəlxalq sərgi çərçivəsində ermənistanlı həmkarı Suren Papikyanla görüşüb.

Fransalı nazir bu görüşü səmərli və məhsuldar adlandırıb. “SEZAR haubitsalarının alınması üçün müqavilənin imzalanması ilə yeni mühüm mərhələyə qədəm qoyduq”, – deyə Lekornu əlavə edib.

“Sezar” özüyeriyən artilleriya qurğusu 155 mm çapa malikdir . Dəqiqədə təxminən 6 mərmi ata bilən artileriya qurğusu 42 km-ə qədər məsafədə atəş aça bilir.