Ermənistanla İranı birləşdirən yeganə yol da bağlandıbackend

Ermənistanla İranı birləşdirən yeganə yol da bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanla İranı birləşdirən yeganə yolda yüzlərlə maşın qalıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan FHN məlumat yayıb.

Bildirilib ki, Tatev-Çertov körpüsündə İrana məxsus yük maşını yolun buz bağlaması səbəbindən sürüşərək, hər iki istiqamətdə hərəkəti bağlayıb. Hazırda yüzlərlə maşın tıxacdadır.

Qeyd edək ki, bu yol Gorus-Qafan yolunun alternatividir. Yolun Azərbaycan ərazisindən keçən hissəsini Bakı öz nəzarətinə götürəndən və yolda sərhəd-keçid və gömrük nəzarəti tətbiq edəndən sonra ermənilər daha ensiz, təhlükəli döngələrlə zəngin olan və məsafəni bir neçə dəfə uzadan Tatev yolunu istifadəyə vermişdilər.

Xatırladaq ki, şimala ölkənin Gürcüstandan keçən yolu da qar üzündən bağlı olduğu üçün hazırda ölkə nəqliyyat blokadasındadır…