Ermənistanla Yunanıstan arasında hərbi-texniki əməkdaşlıq sazişibackend

Ermənistanla Yunanıstan arasında hərbi-texniki əməkdaşlıq sazişi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökuməti Yunanıstanla hərbi-texniki əməkdaşlıq sazişini təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, sənəd 2023-cü ilin dekabrında Ermənistanın müdafiə naziri Suren Papikyanın Afinaya səfəri və yunanıstanlı həmkarı Nikos Dendias ilə görüşü zamanı imzalanıb.

Qeyd edək ki, 2011-ci ildə tərəflər müdafiə sənayesində əməkdaşlığa dair çərçivə sazişi imzalayıblar. Onun əsasında Yunanıstanın hərbi universitetlərində erməni hərbi qulluqçular təhsil alır. 2018-ci ildə Ermənistan tərəfi 2023-cü ilin dekabrında imzalanmış hərbi-texniki əməkdaşlıq üzrə ixtisaslaşmış sazişin bağlanmasını təklif edib.

Sənəd təcrübə mübadiləsini, eləcə də birgə işləmək və istehsal imkanlarını nəzərdə tutur. Ratifikasiya üçün sazişə Konstitusiya Məhkəməsində, daha sonra isə Parlamentdə baxılacaq.