Ermənistanlı deputatlar Qarabağdadırlar – Haylar Laçında təxribata çalışırlarbackend

Ermənistanlı deputatlar Qarabağdadırlar – Haylar Laçında təxribata çalışırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan KİV-i parlamentdəki “Ermənistan” blokundan olan bir qrup deputatın dünən Qarabağa gəldiyi barədə xəbər yayıb.

NOCOMMENT “Hraparak”a istinadən xəbər verir ki, erməni deputatların Laçın keçid məntəqəsindən geri qaytarıla biləcəyi qorxusuna rəğmən, onlar sərhədi maneəsiz keçərək, Azərbaycan ərazisinə daxil olublar.

Daha əvvəl isə eks-prezident Serj Sarkisyanın liderlik etdiyi “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyanın da Qarabağa yollandığı bildirilib.

Sabiq prezident Robert Köçəryanın liderlik etdiyi “Ermənistan” blokunun Qarabağa gələn deputatları arasında Aqnesa Xamoyan, Aram Vardevanyan, Aqvan Vardanyan, Anna Qriqoryan, Artur Sarkisyanın olduğu bildirilir. Onların Laçın şəhəri və Zabux kəndinə səfəri planlaşdırılıb.

Artıq Zabuxa baş çəkən Ermənistan parlamentinin üzvləri kəndin icma rəhbəri Andranik Çavuşyanla görüşüb söhbət ediblər.

Bu gün onların Xankəndidə görüşləri olacaq.

“Lakin deputatlar səfərin təfərrüatlarını açıqlamamağa çalışır, ola bilsin ki, maneələrin yaranacağından qorxurlar”, – deyə “Hraparak” yazıb.

Xatırladaq ki, Azərbaycan tərəfi Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz yaşayan ermənilərin avqustun 25-nə kimi çıxmalarını tələb edib. Hazırda həmin ərazilərdə yır-yığış başlayıb və ermənilər köçməyə hazırlaşırlar. Heç şübhəsiz ermənistanlı deputatların bölgəyə gəlişi təxribat xarakteri daşıyır. Onların məqsədi Laçında yaşayan mülki şəxslərin dirəniş göstərməsinə çalışmaq, yaşayış məntəqələrinin boşaldılmasına mane olmaqdır./modern.az