Ərzaq məhsulları dekabrda 16% bahalaşıbbackend

Ərzaq məhsulları dekabrda 16% bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ilin dekabr ayında Azərbaycanda istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 112% təşkil edib.

Bu barədə NOCOMMENT-ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,6%, əvvəlki ilin dekabr ayı ilə müqayisədə 115,8%, qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7%, əvvəlki ilin dekabr ayı ilə müqayisədə 116,2%, ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9%, əvvəlki ilin dekabr ayı ilə müqayisədə 110% təşkil edib.