Əsas döyüşlər məhz burada gedir – Zelenskibackend

Əsas döyüşlər məhz burada gedir – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Donetsk vilayətində vəziyyət son dərəcə ağırdır”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib. O, ərazinin intensiv döyüşlərin ən çox getdiyi yer olduğunu vurğulayıb:

“Təkcə Ukraynanın deyil, həmçinin bütün Avropanın müdafiə imkanları və təhlükəsizlik məsələləri maksimum dərəcədə birləşdirilib. Tərəfdaşlarla ünsiyyətin bütün məzmunu hərbçilərimizin əsl döyüş fəaliyyətində əks olunmalıdır – söhbət cəbhədə lazım olan məhvedici vasitələrdən gedir. Pokrovsk istiqamətində, eləcə də Donetsk istiqamətində – Kramatorsk və Kuraxovedə vəziyyət indi çox çətin olaraq qalır. Əsas döyüşlər məhz burada gedir”.

Ukrayna lideri Xarkov vilayətində aparılan əməliyyatların isə nəticələrinin hiss olunduğunu bildirib:

“Xarkov vilayətində isə qüvvələrimiz işğalçını məhv edir və nəticələr göz qabağındadır”.