Bəzi məktəblərdə distant təhsilə keçiləcək…
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, növbəti tədris ilindən şagird sayı az olan məktəblərin distant təhsilə keçid edəcəyi planlaşdırılır. Bu qərar şagirdlərin daşınma xərci və rahatlıq nöqteyi-nəzərindən irəli gəlir.
Valideynlərin isə onlayn təhsillə bağlı fikirləri birmənalı deyil.
Təhsil ekspertləri bildirirlər ki, distant təhsil beynəlxalq təcrübədə var və effektivdir. Lakin dərsləri tədris edəcək müəllimlərin xarici mütəxəssislər tərəfindən təlimlərə cəlb edilməsi çox vacibdir.
Ekspert onlayn təhsilin mənfi tərəflərinin də olduğunu qeyd edib.













