Əsassız həbslərlə bağlı 100-ə yaxın şikayətbackend

Əsassız həbslərlə bağlı 100-ə yaxın şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada pensiya islahatının parlamentdə səsvermə olmadan qəbul edilməsindən sonra nümayişlərdə tutulan etirazçıların vəkilləri əsassız həbslərlə bağlı 100-ə yaxın cinayət şikayəti verib.

NOCOMMENT xəbər verir ki, saxlanılan nümayişçilərin bir qrup vəkilləri Paris Prokurorluğuna “ictimai səlahiyyətə malik bir şəxs tərəfindən azadlığa özbaşına müdaxilə” və “nümayiş keçirmək azadlığının pozulması” ittihamları ilə təxminən 100 şikayət ərizəsi verib.

Fransada hökumətin pensiya yaşının 2 il artırılaraq 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermə olmadan qəbul etməsindən sonra martın 16-da başlayan nümayişlər Fransada davam edir.

Ölkənin bir çox yerində nümayişlərə şiddətlə müdaxilə edən polislə nümayişçilər arasında zorakılıq yaşanır.

Martın 16-dan bəri ölkə boyu keçirilən etiraz aksiyalarında xeyli insan saxlanılıb.