“Əsəd rejimi Suriyanı “Xalqlar cəhənnəmi”nə çevirmişdi” – Politoloqbackend

“Əsəd rejimi Suriyanı “Xalqlar cəhənnəmi”nə çevirmişdi” – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son zamanlar Suriyada baş verən hadisələr uzun illərdir yığılıb qalan hadisələrin nəticəsi idi”.

Bu sözləri NOCOMMENT.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

“Əsəd rejimi Suriyanı “Xalqlar cəhənnəmi” nə çevirmişdi. Suriyada Sednaya həbsxanasından yayılan görüntülərdə də açıq-aydın görürük ki, buranı tamamilə dözülməz bir cəhənnəm halına gətirmişdi”.

Sednaya həbsxanası

Suriyada müxtəlif xarici güc faktorlarının mövcudluğu da burada vəziyyətin gərginləşməsinə səbəb olurdu.

İstənilən halda Suriya coğrafiyası kifayət qədər gərgin, rəngarəng bir coğrafiyadır.

“Bəşər Əsədin ən böyük səhflərindən biri o idi ki, o hakimiyyətdə olduğu illərdə heçvaxt ölkə daxilində hansısa xalqın tələblərini yerinə yetirəcək addımlar atmadı və Suriyanı “Xalqlar həbsxanası”na çevirdi. Eyni zamanda Suriyanın üzləşdiyi fəlakətli vəziyyətlərdə tarixi və ən böyük qonşularından olan Türkiyə ilə əlaqələri daha da yaxşılaşdırmaq yerinə, Erməni faktorundan istifadə etməyə çalışdı və Suriya ən gərgin anında belə Türkiyə tərəfindən uzanan yardım əlini geri çevirdi.

Bütün bunlar da nəticədə Əsədin Rusiyaya qaçmasına səbəb oldu”.

Hakimiyyətə gələn yeni qüvvələr də Bəşər Əsədi simvolizə edən köhnə bayrağı yeni bayraqla əvəz etdilər.

 Aişə Əbdülova