Əsəd rejimi və İsrail nümayəndələrinin gizli planı: İran Suriyadan çıxarılır…backend

Əsəd rejimi və İsrail nümayəndələrinin gizli planı: İran Suriyadan çıxarılır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın vasitəçiliyi ilə Dəməşqdə Bəşər Əsəd rejimi və İsrail nümayəndələrinin iştirakı ilə məxfi görüş keçirilib.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, gizli görüşdə İranın Suriyadakı fəaliyyəti müzakirə edilib.

Təl-Əvivin müzakirələr zamanı Suriyaya hava hücumlarının dayandırılması qarşılığında ölkədəki İran hərbi qüvvələrinin çıxarılması tələbinin irəli sürdüyü iddia olunur. İddiaya görə, məxfi müzakirələr Rusiyanın Lazkiyə hava bazasında baş tutub. Toplantıda Suriya tərəfindən Milli Təhlükəsizlik Bürosunun direktoru, general Əli Məmlük və Milli Təhlükəsizlik müşaviri Bessam Həsən, İsrail tərəfindən sabiq baş qərargah rəisi Gadi Eiznekot və MOSSAD-ın sabiq rəsmisi, general Ari Ben-Menaş iştirak edib. Müzakirələrə Rusiyanın Suriyadakı hava qüvvələrinin komandanı Aleksandr Yuryeviçində iştirak etdiyi qeyd olunur.

Bəşər Əsədə İran qüvvələrini ölkədən çıxaracağı təqdirdə müəyyən vədlərdə edilib. Bura İrana bağlı olan milis güclərinin ölkədən çıxarılması qarşılığında Suriyanın Ərəb Birliyinə qaytarılması, İrana olan borclarının ödənilməsi üçün Dəməşqə maliyyə yardımı, qərb sanksiyalarının aradan qaldırılmasına və s. vədlər daxildir.
Teleqraf