Əsəd və Putin sabah Moskvada görüşəcəkbackend

Əsəd və Putin sabah Moskvada görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin və Suriya prezidenti Bəşər Əsədin sabah Rusiyanın paytaxtı Moskvada görüşəcəyi açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Kreml Sarayından verilən yazılı açıqlamada qeyd olunub: “Martın 15-də Rusiya prezidenti Vladimir Putin Suriya prezidenti Bəşər Əsədlə görüşəcək.Görüşdə siyasi, ticari, iqtisadi və humanitar sahələrdə Rusiya-Suriya əməkdaşlığının daha da inkişafı ilə Suriya və onun ətrafında vəziyyətin hərtərəfli nizamlanması perspektivləri ilə bağlı cari məsələlər müzakirə olunacaq.”

NOCOMMENT.AZ