Əsəddən sonra 200 min suriyalı qaçqın öz ölkəsinə qayıdıbbackend

Əsəddən sonra 200 min suriyalı qaçqın öz ölkəsinə qayıdıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyada Bəşər Əsəd rejiminin devrildiyi ötən ilin dekabr ayının əvvəlindən bəri təxminən 200 min suriyalı qaçqın öz ölkəsinə qayıdıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi “X” hesabında bildirib.

Suriyada 2011-ci ildən bəri davam edən qanlı vətəndaş müharibəsində işin gedişatı dəyişib və 61 illik Baas rejimi süquta uğrayıb.

Təxminən bir aydır ki, başqa ölkələrə sığınan suriyalılar dayanmadan artıq öz ölkələrinə qayıdırlar.