Əsgər Akayev Qırğızıstanı tərk etdibackend

Əsgər Akayev Qırğızıstanı tərk etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev Milli Təhlükəsizlik Komitəsində “Kumtora” işi ilə bağlı ifadə verdikdən sonra ölkədən gedib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb.

“O, saat 16:30-da (Bakı vaxtı ilə saat 14:30) oğlu İlimlə birlikdə Moskvaya yola düşdü. Akayev Qırğızıstanda olarkən istintaqın bütün suallarına əhatəli cavablar verib”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Əsgər Akayev iyulun 2-də Bişkekə gəlmişdi./Axar.az