Əsgər anası terrorçu Araik Arutyunyanı İFŞA ETDİbackend

Əsgər anası terrorçu Araik Arutyunyanı İFŞA ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 31-də ermənilər Qarabağda ölən hərbçiləri yad etmək üçün kilsələrə toplaşaraq dini ayin yerinə yetiriblər.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Xankəndidə keçirilən ayinə terrorçu Araik Arutyunyan da qatılıb. O, əlində erməni hərbçinin portreti ilə anım tədbirinə qatılıb. Onun əməli portretdə öz oğlunu tanıyan əsgər anası tərəfindən ifşa olunub.

“Araik Arutyunyan mənim rəfiqəmin oğlu Qevorq Movsesyanın portretini tutub. Qevorqun adı heç bir siyahıda – nə ölənlərin arasında, nə itkin düşənlərin sırasında, nə də ki, əsirlərin siyahısında var. Qevorq səfərbərliyə çağırıldığı ilk gün sakitcə hərbi komissarlığa gedib, amma siyahılarda adı yoxdur. Ailəsi hətta itkin düşənlərin ailələrinin aldığı yardımı belə ala bilmir. Yaxınları onu Qarabağ və Ermənistanın fərqli yerlərində axtarırlar. Oğlan yoxdur, adı yoxdur amma portrertini götürüb sakitcə kilsəyə guya anım tədbirinə getmək var”, – deyə Anuş Trvants adlı erməni əsgər anası qəzəblə yazıb.

O, Arutyunyanı ikiüzlülükdə ittiham edib.