Əsgəran BOŞALDILIR: Ermənilərə 3 GÜN VAXT VERİLDİbackend

Əsgəran BOŞALDILIR: Ermənilərə 3 GÜN VAXT VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan hakerləri müvəqqəti olaraq Rusiyanın sülhməramlı sayılan hərbi birləşmələrinin nəzarətində qalan keçmiş Əsgəran rayonunun qanunsuz separatçı administrasiyası əməkdaşının feysbuk səhifəsini sındırıblar.

NOCOMMENT kanal.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “infoteka24” teleqram kanalı məlumat yayıb.

Kanalın yazdığına görə, sentyabrın 27-də keçmiş Əsgəran rayonunun qanunsuz separatçı administrasiyasının əməkdaşı Aram Badalyandan şəhərdəki bütün ermənilərinin 91 saat ərzində (3 sutka 19 saat) Əsgəranı tərk etməli olduqları barədə bir mesaj gəlib.

Portalın redaksiyası məsələni aydınlaşdırmaq üçün A.Badalyanla əlaqə saxlayıb. Separatçı məmur feysbuk səhifəsinin bir neçə gündür azərbaycanlılar tərəfindən sındırıldığını söyləyib.

Separatçı administrasiyadan bildiriblər ki, son vaxtlar bənzər mesajlar Qarabağdakı, xüsusən də Əsgərandakı sakinləri arasında “əhali arasında çaxnaşma yaratmaq məqsədi ilə” yayılır.