Əsgərimiz Laçında şəhid oldubackend

Əsgərimiz Laçında şəhid oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlaxın Salahlı kənd sakini Rəvan Zeynalabdin oğlu Tağıyevin Laçında həlak olduğu deyilir.

NOCOMMENT xəbər verir ki, bu barədə Meydan TV-yə yerli kənd sakinləri məlumat verib.
“Səhər əmisinə zəng vurublar ki, qardaşın oğlu şəhid olub, gəlin cənazəni götürün. Tam necə olub, hələ bilmirik. Boğazından güllə ilə vurulub”, – deyə bildiriblər.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Eyvazov bildirib ki, məsələ araşdırılır: “Araşdırırıq, cavab verəcəyik”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin adının çəkilməsinin istəməyən əməkdaşı isə Rəvan Tağıyevin ölümünü təsdiqləsə də, səbəbləri barədə heç nə bilmədiyini deyib.

“Hazırda adamlar əsgərin dəfninə gedib. Ekspertizanın cavabı olmadan heç nə deyə bilmərəm”, – deyə o bildirib.