Əsgərimiz özünü GÜLLƏLƏDİbackend

Əsgərimiz özünü GÜLLƏLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Vüsal Akif oğlu Məmmədovun 09 yanvar 2023-cü il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə NOCOMMENT.az-a Hərbi Prokurorluqdan məlumat verilib.

“Daxil olmuş məlumat əsasında Gəncə hərbi prokurorluğunun əməkdaşları hadisə yerinə gedib, zəruri hərəkətlər icra olunub.

Fakt üzrə Gəncə hərbi prokurorluğunda araşdırma aparılır və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir”, – məlumatda qeyd edilib.