Əsgərlərimiz Ermənistan Müdafiə Nazirliyinə məxsus 3 avtobusun Laçına daxil olmasına icazə vermirlərbackend

Əsgərlərimiz Ermənistan Müdafiə Nazirliyinə məxsus 3 avtobusun Laçına daxil olmasına icazə vermirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan əsgərləri Ermənistan Müdafiə Nazirliyinə məxsus 3 avtobusun Laçın dəhlizinə daxil olmasına icazə vermir.

NOCOMMENT yeniavaz-a istinadən bildirir ki, avtobuslar 3 saatdır Gorusdakı “Sünik” restoranının yaxınlığında dayanıb.

Azərbaycan əsgərləri bildiriblər ki, əldə olunan razılaşmaya görə, Ermənistana məxsus hərbi təyinatlı yüklərin Laçına daxil olması qadağandır.

Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı Rusiya sülhməramlılarına müraciət edib. Rusiya sülhməramlıları isə bildiriblər ki, bu məsələ ilə məşğul olmaq səlahiyyətləri yoxdur.

Ermənistan Müdafiə Nazirliyi məsələ həll olunana qədər avtobusların Gorusda dayanması barədə tapşırıq verib.