“Əsgərlərimizi Ukraynaya göndərmək niyyətində deyilik” – Melonibackend

“Əsgərlərimizi Ukraynaya göndərmək niyyətində deyilik” – Meloni

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya mümkün təhlükəsizlik təminatlarından biri kimi Ukraynaya “çoxmillətli qüvvələrin” bir hissəsi kimi hərbi kontingentini göndərmək niyyətində olmadığını açıqlayıb.

NOCOMMENT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda İtaliyanın Baş naziri Giorgia Meloni danışıb.

“Ukraynanın təhlükəsizliyini təmin etmək üçün dövlətlərin könüllü iştirakı əsasında “könüllülər koalisiyası”nın rəhbərlik etdiyi “çoxmillətli qüvvələrin” yerləşdirilməsi müzakirə edilir: Bir daha təsdiq edirəm ki, İtaliya öz əsgərlərini Ukraynaya göndərmək niyyətində deyil”, – deyə İtaliya hökumətinin başçısı vurğulayıb.