Əsir əməliyyatı: İrəvan bu gün sənəd imzalayacaqbackend

Əsir əməliyyatı: İrəvan bu gün sənəd imzalayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əvvəldən aydın idi ki, Azərbaycan tərəfi ötən ilin noyabrında ələ keçirdiyi erməni təxribatçılarını maksimum dərəcədə istifadə edəcəklər.

NOCOMMENT.az xəbər verir ki, bunu rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.

“Bu, müəyyən sayda imtiyazlara nail olmaq, həmçinin hərbi-siyasi maraqlarını müdafiə etmək məqsədilə edilib. Baş vermiş hadisələr bunu əyani şəkildə göstərdi. Rəsmi Bakının əlində nə qədər az erməni təxribatçısı, onların dili ilə desək, “əsiri” qalsa, onların başlarının qiyməti bir o qədər çox olacaq. Bu başların hər biri Bakı üçün Ermənistanla, eləcə də beynəlxalq vasitəçilərlə danışıqlarda maksimum dərəcədə avantaj verəcək.

Bu işdə bir şey qaranlıq qalır – general Muradov Erməni təxribatçılarının ötürülmə prosesində nə üçün vasitəçi olub?

Çox güman ki, general Muradova hazırda Rusiya Silahlı Qüvvələrində yüksək rütbəyə və peşəkarlıq səviyyəsinə uyğun vəzifə tapılmayıb. Məhz bu səbəbdən ondan bu tip birdəfəlik, lakin eyni zamanda, beynəlxalq miqyaslı strateji əhəmiyyətli hərbi əməliyyatlarda istifadə edirlər.

Bununla da Rusiya Silahlı Qüvvələrinin komandanlığı Qarabağda Rusiya sülhməramlılarının yeni təyin olunmuş komandirini, general Anaşkini onun üçün “erməni təxribatçıları ilə bağlı bekraundundan” qorumaq istəyir.

Bu hadisə Azərbaycan, Ermənistan və Rusiya arasında Cənubi Qafqaz regionunda bütün nəqliyyat və iqtisadi əlaqələrin açılmasına dair üçtərəfli hökumətlərarası komissiyanın iclası ilə üst-üstə düşür. Görünür, “əsirlər”in Ermənistana təhvil verilməsi bu görüşdə İrəvanın sakit oturması üçün bir avansdır.

Bu hadisə ərəfəsində Rusiyanın Xarici İşlər Nazirliyi və Rusiya Prezidenti tərəfindən Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının açılması məsələsində İrəvanın mövqelərinin ələ keçirilməsi istiqamətində ən yüksək səviyyədə böyük diplomatik işlər görülüb.

Bu ölkənin baş nazirinin (Paşinyanın) və üçtərəfli hökumətlərarası komissiyada Ermənistanı təmsil edən baş nazirin mavininin çoxsaylı bəyanatları bunu göstərir. Məhz bu səbəbdən düşünmək olar ki, bu gün sadəcə olaraq sıradan olan bəyanatlar verilməyəcək, konkret olaraq, “sıçrayış sənədləri” imzalanacaq və bu sənədlər Cənubi Qafqazda sülhün bərqərar olmasına zəmin yaradacaq”, – deyə Kuznetsov qeyd edib.
Axar.az