Əsir götürülmüş erməni qadın snayper barədə AÇIQLAMA – FOTObackend

Əsir götürülmüş erməni qadın snayper barədə AÇIQLAMA – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan mətbuatı ikinci Qarabağ müharibəsi zamanı Şuşada itkin düşmüş Livan və Ermənistan vətəndaşı olan Maral Nacaryan haqqında məlumat yayıb.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, fevralın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin işçiləri Azərbaycan əsirliyində olan Livan ermənisi Maral Nacaryanı ziyarət ediblər. Livan Qırmızı Xaç təşkilatı Maralın ailəsinə qadının səhhətinin yaxşı olduğunu deyib.

Bu barədə Maralın bacısı Ani Nacaryan erməni saytına danışıb.

Ani Nacaryan Maralın əsirlikdən azad edildiyi barədə sosial şəbəkələrdə yayılan məlumatların da həqiqətə uyğun olmadığını vurğulayıb.

Qeyd edək ki, Livan vətəndaşı olan Maral Nacaryan müharibə dövründə Azərbaycana qarşı döyüşmək üçün həyat yoldaşı ilə birlikdə Qarabağa gəlib. Onun sonuncu dəfə Şuşa döyüşlərində iştirak etdiyi, daha sonra itkin düşdüyü bildirilir.