Əsir hərbçilərimizin vəziyyəti ilə bağlı işlər davam edir – Səbinə Əliyevabackend

Əsir hərbçilərimizin vəziyyəti ilə bağlı işlər davam edir – Səbinə Əliyeva

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda əsirlikdə olan Aqşin Bəbirov və Hüseyn Axundovun vəziyyəti ilə bağlı mütəmadi olaraq işlər davam etdirilir.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, həm Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlıq edilir və onların ailələri ilə əlaqə saxlanılır.

Xatıradaq ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

Ermənistanda əsir saxlanılan, guya “qətldə ittiham olunan” azərbaycanlı əsgər Hüseyn Axundov 20 il müddətinə “azadlıqdan məhrum edilib”.