HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bəyan edib ki, İsrail ordusunun bombardmanlarını intensivləşdirdiyi Qəzza zolağında israilli məhbuslarla bağlı danışıqlara başlamaq üçün atəşkəs əldə edilməlidir.
NOCOMMENT.az xəbər verir ki, Haniyə blokada altında yayımladığı videomüraciətində bu barədə danışıb.
Haniyə Qəzza zolağındakı israilli məhbuslarla bağlı danışıqların başlaması üçün atəşkəsin yaradılması lazım olduğunu vasitəçilərə çatdırdıqlarını bildirib.
Vasitəçilərə “qırğına son qoyulmalı olduğunu söylədiklərini” vurğulayan Haniyə, xüsusilə Qərb ölkələrində xalqı Fələstinə dəstək aksiyalarını davam etdirməyə və qərar verənlərə təzyiq göstərməyə çağırıb.