Əskiparada bayraq dirəyi qaldırıldı – FOTObackend

Əskiparada bayraq dirəyi qaldırıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu bayraq dirəyi Qazaxın işğal altında olan Əskipara kəndində qoyulub. Erməni mənbələr dirəyin Azərbaycan bayrağının asılması üçün hazırlandığını yazır”.

NOCOMMENT xəbər verir ki, bu haqda məlumatı siyasi şərhçi Asif Nərimanlı bildirib. Onun sözlərinə görə, ehtiyatda olan erməni polkovnik-leytenant Razmik Qriqoryan deyir ki, fotonu ona dostu göndərib:

“Bayraq dirəyinin məqsədini kənddə yaşayanlardan soruşub. Bildiriblər ki, dirək bir neçə gün öncə qoyulub. Proses Tavuşa çatdı, dirəkdə Azərbaycan bayrağı dalğalanacaq”.

Qeyd edək ki, Rusiya hərbçiləri də Əskipara kəndinə yerləşdirilib. Onların gəlişinin Qazaxın 7 kəndi istiqamətində sərhədin delimitasiyası prosesi və o istiqamətdən keçəcək kommunikasiya marşrutu ilə bağlı olduğu ehtimalı var.