“Espanyol” azarkeşləri “Barselona” ilə oyun üçün siçanlarla təxribat hazırlayırbackend

“Espanyol” azarkeşləri “Barselona” ilə oyun üçün siçanlarla təxribat hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona” ilə bugünki oyun üçün “Espanyol”un ultras azarkeşləri etiraz aksiyası keçirməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, azarkeşlər sabiq qapıçı Joan Qarsiyanın prinsipial rəqib olan “Barselona”ya keçidindən narazılıqlarını ifadə etmək üçün meydana siçan kuklaları atmaq niyyətindədirlər.

Bu aksiya azarkeşlər üçün xəyanətkar sayılan Qarsiyaya qarşı etirazın simvolu olacaq.

Bildirilir ki, ultraslar artıq təxminən bir aydır bu təxribat üçün siçan maketləri (kuklaları) haradan əldə edə biləcəklərini axtarıblar. Stadion administrasiyası və təhlükəsizlik xidmətləri oyun zamanı mümkün insidentlərə hazırlaşır. “Espanyol” azarkeşləri sabiq qapıçılarının “Barselona” formasında çıxış etməsi ilə barışa bilmirlər.

Qeyd edək ki, Joan Qarsiya 2025-ci ilin iyununda “Espanyol”dan “Barselona”ya keçib və 2031-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.