ƏSTİB Masallıda yeni layihə həyata keçirirbackend

ƏSTİB Masallıda yeni layihə həyata keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Martın 1-dən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı ilə Masallı rayonunda  “Regionlarda müharibə iştirakçılarının və ailə üzvlərinin  məşğulluq problemlərinin həlli və sosial sahibkarlığa təşviqi” adlı layihəyə start verilib.
NOCOMMENT Xeberle.com-a istinadən xəbər verir ki, mart-may aylarında həyata keçiriləcək layihə çərçivəsində “Sahibkar ol” maarifləndirmə tədbirlərinin – seminarların keçirilməsi nəzərdə tutulur.
Seminarlar “Biznesə başlamaq yolları və sahibkarlıq”, “İdeyadan sahibkarlıq fəaliyyətinə”, “Sahibkarlıq fəaliyyətinin əhəmiyyəti və onun insan kapitalının formalaşmasında rolu”,  “Sahibkarlıq fəaliyyəti üçün biznes-planların və investisiya layihələrinin hazırlanması qaydaları və biznesin idarə olunması”, “BMT – nin 2015-2030 – cu illər üçün təsdiqlənmiş 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən strategiyasının xüsusiyyətləri və həyata keçirilməsi mexanizmi”, “İstehsal və istehlak müəssisələrinin yaradılması, əhəmiyyəti və idarə olunması”, “Menecment və marketinq”, “Rəqəmsal marketinq və onun üstünlükləri”,  “Vergi və vergi güzəştləri”, “Maliyyə mənbələrinə çıxış yolları; Güzəştli kreditlərin əldə edilməsi və sosial investisiyaların cəlb edilməsi metodları”, “Sahibkarlıq fəaliyyətinin sığortalanması”, “Əlillərin sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasının əsasları”, “Yerli və xarici bazarlara çıxış imknalarının təminatı”, “İxracyönümlü və rəqabət qabiliyyətli məhsulların istehsalı və ixrac edilməsi yolları” və “Sahibkarlıq sahəsində mövcud qanunvericilik barədə maarifləndirmə” mövzularını əhatə edəcək.
Layihənin məqsədi müharibə iştirakçılarının, əlilliyi olan şəxslərə aid qazilərin və digər həssas sosial qrupların müyəssər peşə hazırlığının yüksəldilməsi və onların arasında sahibkarlığın inkişafı, əlilliyi olan müharibə iştirakçılarının və digər həssas sosial qrupların (gender bərabərliyi qorunmaq şərtilə) əmək və sahibkarlıq fəaliyyətinə hazırlanması üzrə təlimlərin və maarifləndirmə tədbirlərinin (seminarların) təşkili, kreditlərə çıxış imkanlarının öyrədilməsi və fəallığın artırılmasıdır.
Layihənin ünvanlandığı əsas – birbaşa əhali qrupu müharibə iştirakçıları və əlilliyi olan qazilər və eynilə həssas sosial qrup nümayəndələrinə aid edilən şəhid ailə üzvləridir.
Eyni zamanda, layihənin həyata keçiriləcəyi müddətdə xalçaçılıq, dərzilik, eləcə də  fotoqraf və videooperator üzrə peşə təlimləri təşkil olunacaq. Təlimləri uğurla başa vuranlar əmək bazarına yönləndirilməsi, “Özünəməşğulluq proqramı”na cəlb edilməsi nəzərdə tutulur. Bununla yanaşı, təlim iştirakçılarının bir hissəsi isə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi tərəfindən yaradılmış sosialyönümlü müəssisədə işlə təmin olunacaq.