Estoniya hakimiyyəti onlarla gürcü siyasətçi və deputatın ölkəyə girişinə qadağa qoyubbackend

Estoniya hakimiyyəti onlarla gürcü siyasətçi və deputatın ölkəyə girişinə qadağa qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bildirib ki, Tallin Gürcüstandan olan 55 siyasətçi, parlament üzvləri, prokurorlar, hakimlər və polis məmurlarının ölkəyə girişinə qadağa qoyub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Tsaxna”nın məlumatına görə, buna səbəb Gürcüstanda etirazçıların təqib edilməsi olub.

“Gürcüstandan daha 55 nəfəri (ölkəyə. — Qazeta.Ru) girişi qadağan olunanlar siyahısına əlavə etdik. Siyahıya məhkəmə sistemi, ədliyyə və hüquq-mühafizə orqanları vasitəsilə etirazçıların təqibinə cavabdeh olan hakimlər, prokurorlar, polis məmurları, bloggerlər və parlament üzvləri daxildir”, – Tsaxkna paylaşıb.