Estoniya hərbçiləri Rusiyaya gedən tankeri saxlayıblarbackend

Estoniya hərbçiləri Rusiyaya gedən tankeri saxlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniyada hərbçilər sənədləri və statusunu yoxlamaq üçün Rusiyanın Ust-Luqa limanına getdiyi ehtimal edilən Kiwala tankerini saxlayıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Estoniyanın Postimees nəşri məlumat yayıb.

“Bu gün səhər tezdən Hərbi Dəniz Qüvvələri Finlandiya körfəzində neft daşıyan Kiwala tankerini saxlayıb. Gəmi Hindistanın Sikka limanına gəlib və şərqə doğru istiqamət alıb. “Təyinat limanı Rusiyanın Ust-Luqasıdır”, – deyə ölkənin donanmasının komandiri İvo Värk bildirib.

Nəşrin yazdığına görə, Tallin gəminin dövlət bayrağı və sığortası olmadığından, həmçinin Avropa İttifaqının sanksiyaları altında olduğundan şübhələnirdi . Gəminin göyərtəsində 24 nəfərin olduğu qeyd edilir. Gəminin kapitanının Çin vətəndaşı olduğu , ekipajın qalan hissəsinin isə Myanma vətəndaşı olduğu güman edilir.

Bundan əvvəl Estoniya parlamenti təhlükəli və şübhəli gəmilərin batırılması hüququ haqqında qanun qəbul edib. Qeyd olunur ki, bu norma respublika hərbçilərinə hətta mülki gəmiləri təhlükə kimi görsələr, onları vurmağa imkan verəcək.