2025-ci ilin əvvəlindən Estoniya hakimiyyəti 366 nəfərin ölkəni tərk etməsinə göstəriş verib ki, onlardan 108-i Rusiya vətəndaşıdır.
NOCOMMENT.az bildirir ki, bu barədə Baltikyanı respublikanın Polis və Sərhəd Mühafizəsi Departamentinə istinadən ERR milli dövlət televiziyasının portalı məlumat yayıb.
Agentliyin məlumatına görə, əcnəbilərin əksəriyyəti Estoniyanı könüllü tərk edib, lakin bəziləri zorla ölkədən çıxarılıb. Ruslardan başqa, ən çox deportasiya edilənlər Moldova (37 nəfər), Ukrayna (24 nəfər) və Özbəkistan (23 nəfər) vətəndaşları olub.
Departamentin qeyd etdiyi kimi, deportasiyaya ən çox səbəb ölkənin miqrasiya qanunlarının pozulması olub.