Estoniya polisi Tallinndə Estoniya SSR bayrağının asılması ilə bağlı cinayət işi açıbbackend

Estoniya polisi Tallinndə Estoniya SSR bayrağının asılması ilə bağlı cinayət işi açıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniya polisi iyulun 22-də Tallinndəki Yazıçılar Evinin divarından Estoniya SSR bayrağını asan Riyqikoqu (parlament) deputatı Yaak Valge və şair Andres Auleyə qarşı iş açıb.

NOCOMMENT.az bildirir ki, bu barədə ERR dövlət televiziya və radio portalı məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının qeyd etdiyi kimi, şübhəli şəxslərin əməlləri ictimai asayişin pozulması kimi tövsif edilir, buna görə cərimə və ya həbs nəzərdə tutulur.

Portalın məlumatına görə, 2023-cü ildə Valge və Aule artıq Tallin Yazıçılar Evinin divarından Estoniya SSR bayrağını asıblar. Həmin vaxt onlar 160 avro məbləğində cərimə edilmişdilər, sonradan Harju Dairə Məhkəməsi bu məbləği ləğv etmişdi.

2022-ci ilin aprelində Estoniya parlamenti deputatların Müqəddəs Georgi lentinin, həmçinin Z və V işarələrinin daxil olduğu qondarma düşmən simvollarının nümayişini qadağan edən qanun layihəsini təsdiqləyib. Bundan əlavə, Rusiya Federasiyasının və SSRİ-nin bayraqları Tallinndə “düşmən simvolları” adlandırılıb. Qərar onların “düşmənçilik törədə bilməsi” ilə əsaslandırılıb.