Estoniya prezidenti Reyqandan sitat gətirərək Rusiyanın qırmızı xətlərinə son qoymağa çağırıbbackend

Estoniya prezidenti Reyqandan sitat gətirərək Rusiyanın qırmızı xətlərinə son qoymağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniya prezidenti Alar Karis Qərbin Ukraynaya dəstək məsələsində özünə qarşı qoyduğu məhdudiyyətlərə son qoymağa çağırıb, çünki bu məhdudiyyətlər yalnız onun zəifliyini, qorxusunu və qərarsızlığını əks etdirir.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə “Politico”nun köşə yazısında yazıb.

Onun fikrincə, çətin anlarda Qərbin özü ancaq problemi daha da gərginləşdirən xətlər çəkib. O hesab edir ki, Ukraynanın müttəfiqləri “başlarını dik tutmalı və irəliyə doğru düşünməlidirlər”. Karis Qərbin Rusiyanın qırmızı xətlərindən qorxmasını əsassız hesab edib.

“Biz xətt çəkdik, onu keçməyin eskalasiya demək olacağına inandıq. Bu doğru deyil! Qorxumuz yersizdir… Özümüzə qoyduğumuz sərhədlər dəfələrlə gözdən salınıb. Onlar yalnız bizim qorxumuzu, zəifliyimizi və qərarsızlığımızı əks etdirir – bütün bunlar təcavüzkarı alovlandırır, onu ruhlandırır, iştahını artırır”, – Karis yazıb.