Estoniya prezidenti Trampdan Ukrayna ilə bağlı xahiş edibbackend

Estoniya prezidenti Trampdan Ukrayna ilə bağlı xahiş edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp estoniyalı həmkarı Alar Karisi əmin edib ki, Vaşinqton Kiyev və Moskva arasında danışıqlar prosesindən geri çəkilməyəcək.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “RBC-Ukrayna” ERR-ə istinadən məlumat yayıb.

A.Karis bildirib ki, o, Trampdan sülh prosesinin necə getdiyini soruşub və ondan ABŞ-nin Ukrayna ilə Rusiya arasında danışıqlarda vasitəçi kimi qalması üçün əlindən gələni etməsini istəyib.

“Mən sülh prosesinin necə getdiyini soruşdum və ondan prosesin davam etməsi, ABŞ-nin (vasitəçi rolundan – red.) geri çəkilməməsi üçün hər şeyi etməsini xahiş etdim”, – Estoniya prezidenti bildirib.