Estoniyada 10 minə yaxın ukraynalı var ki, onlar Ukraynadakı Səfərbərlik fonunda vətənlərinə göndərilə bilər.
NOCOMMENT.az xəbər verir ki, Bu barədə Postimees nəşri Estoniya polis və sərhəd mühafizə idarəsindəki mənbələrə istinadən məlumat yayıb.
“Bizim məlumatlara görə, 2022-ci il martın 10-dan 2023-cü il dekabrın 24-dək olan müddətdə 50 337 Ukrayna vətəndaşı müvəqqəti müdafiə statusu alıb. Onlardan 10 112 nəfəri yetkin kişilərdir”, – idarədən nəşrə bildiriblər.
Qeyd olunur ki, bu on min nəfərdən 6725 nəfəri 25-60 yaş qrupuna aiddir.
Bundan əvvəl Estoniyanın səfərbərliyə cəlb olunmalı olan Ukrayna vətəndaşlarını “lazım olduqda” öz vətənlərinə göndərməyə hazır olduğu bildirilirdi.