Estoniya Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlamağa hazırdırbackend

Estoniya Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlamağa hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Estoniya polisi və sərhədçiləri lazım gələrsə, Rusiya ilə sərhəddəki bütün sərhəd-keçid məntəqələrini dərhal bağlamağa hazırdır”.

NOCOMMENT.az xəbər verir ki, məlumatı ölkənin polis və sərhədçiləri yayıblar. Estoniya Polis və Sərhəd Xidmətinin direktoru İvo Utsar vəziyyəti diqqətlə izlədiklərini və qətiyyətli tədbirlər görməyə hazır olduqlarını vurğulayıb.

Estoniya Polisi və Sərhəd Mühafizəsi Departamenti Rusiya ilə sərhəddə xeyli növbə yarandığı üçün “Narva-1” keçid məntəqəsini vaxtından əvvəl bağlayıb.

Rusiya ilə Estoniya sərhədində üç sərhəd-keçid məntəqəsi var ki, onlardan biri – “Narva” yalnız gündüz saatlarında açıqdır. “Luhamaa” və “Koydula” keçid məntəqələri tam fəaliyyətdədir.