Rusiya ilə həmsərhəd olan Narvada Estoniya hərbi bazasının tikintisinə 2026-cı ildə başlanacaq.
NOCOMMENT.az xəbər verir ki, bunu Estoniya Dövlət Müdafiə İnvestisiyaları Mərkəzinin (RKİK) şimal-şərq şöbəsinin rəhbəri Ando Voqma ERR-ə müsahibəsində bildirib.
“Hər şey plan üzrə getsə, gələn il tikintiyə başlanacaq və 2027-ci ildə artıq köçmək mümkün olacaq”, – Estoniya rəsmisi bildirib.
Vuqma bazanın Rusiya ilə sərhəddə tikintisinin təfərrüatlarını verib və seçilmiş yeri “ən uyğun yer” adlandırıb. Onun sözlərinə görə, hərbi obyekt minə qədər hərbçini qəbul edə biləcək və onun tikintisi təxminən 15 milyon avroya (1,37 milyard rubl) başa gələcək. Bazanın şəhərin yaşayış hissəsindən kənarda yerləşən Kadastiku karxanası ərazisində sənaye zonasında yerləşəcəyi iddia edilir.
Bundan əvvəl Estoniya Baş Qərargah rəisi Vahur Karus Narvada hərbi baza yaratmaq planlarını açıqlamışdı. Onun sözlərinə görə, Estoniya Müdafiə Qüvvələri Narva sakinlərinə şəhərdə güclü hərbi mövcudluğun olması barədə siqnal göndərmək istəyir.