Estoniya Rusiya ilə sərhədinin “hər metrini” müşahidə sistemləri ilə əhatə etməyi planlaşdırırbackend

Estoniya Rusiya ilə sərhədinin “hər metrini” müşahidə sistemləri ilə əhatə etməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniya hakimiyyəti Rusiya ilə bütün sərhədi müşahidə sistemləri ilə təchiz etmək niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” qəzeti respublikanın polis və sərhəd mühafizə departamentinin rəhbəri Egert Beliçevə istinadən məlumat yayıb.

“Plan Estoniyanın Rusiya ilə 338 kilometrlik sərhədinin hər metrini texniki müşahidə avadanlığı ilə əhatə etməkdir”, – nəşr yazır.

Qeyd edilir ki, Narvada sərhədin möhkəmləndirilməsi proqramının dəyəri 157 milyon avrodur.