Estoniya Rusiyanın idman nazirinə qarşı sanksiyalar tətbiq edibbackend

Estoniya Rusiyanın idman nazirinə qarşı sanksiyalar tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniya Rusiyanın idman naziri və Rusiya Olimpiya Komitəsinin (ROK) rəhbəri Mixail Deqtyarevə qarşı sanksiya tətbiq edib.

NOCOMMENT.az xəbər verir ki, qərar Deqtyarev Aİ-nin sanksiyalar siyahısından çıxarıldıqdan sonra qəbul edilib.

“Mən Macarıstanın təzyiqi ilə Aİ-nin sanksiya siyahısından çıxarılan Kantor, Deqtyarev və İsmayılovaya qarşı dövlət maliyyə sanksiyaları tətbiq etmək qərarına gəldim”, – Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib.

Estoniya biznesmen Vyaçeslav Kantor və iş adamı Əlişir Usmanovun bacısı Gülbaxor İsmayılovaya da sanksiya tətbiq edib.