Estoniya Ukraynaya bir rotası qədər sülhməramlı qüvvə göndərməyə hazırdır.
NOCOMMENT.az xəbər verir ki, bunu respublikanın baş naziri Kristen Mixal “istəklilər koalisiyasının” onlayn iclasında bildirib.
O vurğulayıb ki, bu proses yalnız Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş baş tutarsa və ardından ABŞ prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli sammit keçirilərsə mümkün olacaq.
Mihal qeyd edib: “Bundan sonra təhlükəsizliyin necə təmin ediləcəyini, hansı zəmanətlərin veriləcəyini, ABŞ və Avropanın hansı töhfəni verəcəyini müzakirə etmək mümkün olacaq.”
Baş nazir əlavə edib ki, yalnız bundan sonra hərbi əməliyyatın necə olacağı və perspektivlərin nə olacağı aydınlaşacaq.