Estoniya “vətəndaş olmayanlara” bələdiyyə seçkilərində səs verməyə icazə verəcəkbackend

Estoniya “vətəndaş olmayanlara” bələdiyyə seçkilərində səs verməyə icazə verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniyanın Baş naziri Kristen Mixal yanvarın 8-də ETV+ kanalında respublikada yaşayan “vətəndaş olmayanların” bələdiyyə seçkilərində səsvermə hüququnu qoruyub saxlayacağına söz verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

O qeyd edib ki, “vətəndaşlığı ilə başqa ölkələrə, o cümlədən Rusiya və Belarusa bağlı olan insanlar bundan sonra ölkəmizin gələcəyinin müzakirəsində iştirak edə bilməyəcəklər”.

“Vətəndaş olmayanlar, yəni “boz” pasportlara malik olanlar səsvermə hüququnu saxlayacaqlar”, – o qeyd edib.

Yada salaq ki, “vətəndaş olmayanlar” və ya “boz pasport sahibləri” Estoniyada yaşayan vətəndaşlığı olmayan şəxslərdir.