Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib ki, ABŞ Kiyevə yardımı dayandırarsa, Avropa İttifaqı Ukraynaya dəstəyi davam etdirmək üçün kifayət qədər maliyyə resurslarına malikdir.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, nazir bunu “ERR” televiziyasına müsahibəsində deyib.
“Kiyev mübarizəni davam etdirmək qərarına gələrsə, Ukraynanı dəstəkləmək üçün bizim çoxlu maliyyə resurslarımız var”, – XİN başçısı qeyd edib.