Estoniya Xarici İşlər Nazirliyi Baltikyanı respublikanın sakinlərini konsulluq yardımı almaqda yaranan çətinliklərlə əlaqədar Belarusa səfərdən çəkinməyə çağırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Delfi portalı Estoniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
“Belarusda konsulumuz yoxdur. Belarusa səfər edərkən, konsulluq yardımının adi haldan xeyli uzun çəkə və ya ümumiyyətlə qeyri-mümkün ola biləcəyini nəzərə alın”, – XİN qeyd edib. Nazirlik onu da bildirir ki, bu tövsiyələr Estoniya və digər Aİ ölkələrinin vətəndaşlarının Belarusda saxlanmasına cavab olaraq verilir.
Bundan əvvəl Polşa Xarici İşlər Nazirliyi vətəndaşlarına Belarusu dərhal tərk etməyi və ölkəyə səfərdən çəkinməyi tövsiyə edib.