Estoniyada NATO təlimləri keçirildibackend

Estoniyada NATO təlimləri keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Atlantika Alyansı hərbçiləri Estoniya Müdafiə Qüvvələrinin Mərkəzi Təlim Bölgəsində illik təlimlərini kəskin hava şəraitində keçirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Estoniyanın ERR televiziya və radio yayım portalı məlumat yayıb.

“<…> Qış hava şəraitinin daha mülayim olduğu Böyük Britaniya və Fransanın hərbi qulluqçuları Estoniya hərbçiləri ilə birgə manevrlər həyata keçiriblər”, – deyə məlumatda qeyd olunub.

Nəşr aydınlaşdırıb ki, təlimlər piyada və mexanikləşdirilmiş birləşmələrin qışda döyüş əməliyyatlarına hazırlığını sınaqdan keçirmək məqsədi daşıyır. Təlimlərdə mindən çox əsgər iştirak edib.

Müttəfiqlərin döyüş qrupunun komandiri, britaniyalı polkovnik-leytenant Ceyms Fern ekstremal hava şəraitini bölmənin qoşunları üçün ciddi problem hesab edib. O, maşınların çətin işə salındığını, akkumulyatorların tez boşaldığını, soyuqların əsgərlərə psixoloji cəhətdən güclü təsir etdiyini bildirib.

Estoniya hərbçiləri əlavə edib ki, hazırkı təlim əvvəlkilərdən ona görə fərqlənir ki, “burada simulyasiya sistemlərindən istifadə olunur, bunun sayəsində əsgərlər onların nə vaxt atəşə məruz qaldığını və ya vurulduğunu dəqiq müəyyənləşdirə biləcəklər”.