Estoniyada rusdilli saytların bağlanması tələb edilibbackend

Estoniyada rusdilli saytların bağlanması tələb edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniyanın müxalif Mühafizəkar Xalq Partiyası (EKRE) hökumətin, nazirliklərin və onlara tabe olan digər qurumların internet saytlarının rusdilli versiyalarının bağlanmasını tələb edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ERR məlumat yayıb.

Mətndə deyilir ki, müxalifət partiyası artıq parlament prosesinə qərar layihəsi təqdim edib, ona görə parlament rusdilli saytların ləğvi tələbi ilə hökumətə müraciət etməlidir.

EKRE-dən olan deputat Yaak Valqenin sözlərinə görə, dövlət qurumlarının internet saytlarının rusdilli versiyaları yalnız Moldova, Ermənistan və Belarusda dəstəklənir. O hesab edir ki, Estoniyada belə saytların olması “bizi Avropa ölkələrindən fərqləndirən xüsusi əlamətdir”.

Parlamentari vurğulayıb ki, EKRE Estoniyanın MDB ilə bağlı olduğu vəziyyətə son qoymaq istəyir.