Estoniya parlamenti 2028-ci ilə qədər qüvvədə olacaq təhlükəsizlik vergisi tətbiq etmək qərarına gəlib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ERR teleradio şirkəti məlumat yayıb.
Yeni verginin tətbiqində məqsəd Estoniyanın müdafiə qabiliyyətini gücləndirmək üçün əlavə vergi gəlirləri əldə etməkdir. 2025-ci il iyulun 1-dən dövriyyə vergisinin iki faiz bəndi, 2026-cı ildən isə fiziki şəxslərin gəlir vergisinin də iki faiz bəndi artırılması və 2 faizlik hüquqi şəxslərin gəlir vergisinin tətbiq edilməsi planlaşdırılır.
Yeni qanunun lehinə 53 deputat, əleyhinə isə 27 deputat səs verib.